Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:53

-

Milli Məclisin deputatı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanovun və iqtisad elmləri doktoru Vurğun Süleymanovun həmmüəllifləri olduqları «Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalın ağır nəticələri» kitabı Ukrayna dilində çap edilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, bu kitab daha əvvəl Bakıda Azərbaycan və ərəb dillərində, Sankt-Peterburqda rus, Vaşinqtonda ingilis, Parisdə fransız dilində işıq üzü görüb.

Məsləhətçiləri Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan Pol Murman, Almaniya Bundestaqının keçmiş deputatı Eduard Litner və coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov olan kitabı Ukrayna dilinə İrina Əliyeva tərcümə edib.

Kitabda Azərbaycana dəyən maddi zərərin 431,536 milyard dollar təşkil etdiyi ilk dəfə elmi təhlillər əsasında sübuta yetirilib.

Azərbaycanın bu zərərə görə Ermənistandan təzminat almaq hüququnun Dağlıq Qarabağ probleminin nizamlanmasında vacib aspektlərdən biri olduğu irəli sürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG