Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:31

Poroshenko Putinlə gözlənən görüşündən danışır


Petro Poroshenko və Vladimir Putin
Petro Poroshenko və Vladimir Putin

Ukrayna prezidenti Petro Poroshenko deyir ki, rusiyalı həmkarı Vladimir Putinlə görüşündə ondan moskvayönlü yaraqlıların Ukrayna ərazisindən geri çəkilməsini istəyəcək.

Poroshenko və Putin gələn həftə Belarusda Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqının sammitində görüşəcəklər. AB rəsmiləri də sammitə qatılacaq.

Poroshenko saytında bildirib ki, Ukrayna tərəfi «qiyamçı yaraqlıların Ukraynadan geri çəkilməsinə çağıracaq». «Əminəm ki, buna nail olacağıq», o, əlavə edib.

Avqustun 22-də Rusiya humanitar karvanından ilk yük maşınları Ukraynanın şərqinə girə bilib.

XS
SM
MD
LG