Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:51

İsrail Qəzzaya 20 hava zərbəsi endirib


Qəzza
Qəzza

-

İsrail ordusu bildirir ki, Qəzza zolağına 20 hava zərbəsi endirib. Misirdə atəşkəs danışıqları alınmayandan sonra, 3 gündür Qəzzada döyüşlər gedir.

Qəzzanın səhiyyə rəsmiləri avqustun 22-də bildiriblər ki, İsrailin yeni hava hücumlarında azı iki fələstinli öldürülüb. Ölüm hallarını ayrıca təsdiqlətmək mümkün olmayıb.

Bu həftənin əvvəli Həmas Misirin atəşkəs təklifini rədd edib. Həmin təklifə görə, İsrail tədricən Qəzzanın blokadasını yüngülləşdirəcəkdi.

Həmas rəsmisi Ismail Haniyeh deyib ki, blokadaya son qoymaqdan savayı heç nəyi qəbul etməyəcəklər.

Avqustun 21-də İsrailin hava hücumlarında 3 Həmas lideri öldürülüb.

BMT-nin Təhlükəsizlik Şurası 10 günlük fasilədən sonra döyüşlərin bərpasından «dərin narahatlığını» ifadə edib.

XS
SM
MD
LG