Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:21

ABŞ İsraildə amerikalının həbsindən «narahatdır»


İsrail hərbçiləri Qəzzaya atəş açır

İsrail hərbçiləri Qəzzaya atəş açır

-

ABŞ hökuməti İsraildə ABŞ vətəndaşı olan fələstinlinin həbsindən narahatlığını bildirib. Həmin fələstinlinin qohumunu bu yayın əvvəlində israilli ekstremistlər yandırıb.

Dövlət Departamenti bildirib ki, Mohammed Abu Khdeir iyulun 28-də Qüdsün şərqində ev dustağı edilməsi barədə bildiriş alıb. Bəyanatda o da qeyd olunur ki, Abu Khdeir-nin ailəsinə təzyiqlər olunur.

Qohumlarının dediyinə görə, Baltimorda doğulmuş 19 yaşlı Abu Khdeir iyulun 2-də 16 yaşlı qohumu öldürüləndən sonra etirazlarda iştirak edib. Onun başqa bir qohumu, Floridadan olan 15 yaşlı Tariq Abu Khdeir həmin həftə polis tərəfindən döyülüb. Həvəskar videoya çəkilmiş həmin döyülmə hadisəsi beynəlxalq qəzəb doğurub və onun buraxılmasına gətirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG