Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:01

Misirdə avtobus qəzasında ölənlərin sayı 33-ə çatdı


Misirdə bu ilin fevralında partladılan turist avtobusu- arxiv foto

Misirdə bu ilin fevralında partladılan turist avtobusu- arxiv foto

Avqustun 22-də Misirin Sinai yarımadasında iki avtobusun toqquşması nəticəsində azı 33 nəfər ölüb.

Xəsarət alanlar içində iki səudiyyəli və bir ukraynalı qadın var.

Qəza yarımadanın cənub hissəsində baş verib. Avtobuslardan biri Şarm-əl-Şeyx kurortundan, digəri Nil Delta vilayətindən gəlirmiş.

Misirin avtomobil və dəmiryollarının təhlükəsizlik göstəriciləri zəifdir. Misirlilər hökumətin ən vacib qaydaları belə təmin etmədiyindən şikayətlənir.

İyulda Qahirənin cənubunda avtobus yük maşınına toqquşub, azı 17 nəfər həlak olub. Martda Sinai-də qəzada 24 nəfər ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG