Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:29

BMT rəsmisi Təhlükəsizlik Şurasını tənqid edir


BMT-nin vəzifədən gedən insan haqları təmsilçisi Navi Pillay qurumun Təhlükəsizlik Şurasını sərt sözlərlə tənqid edib. Pillay deyib ki, Təhlükəsizlik Şurası qısa müddətli geo-siyasi maraqları və dar milli maraqları, insan əzablarından və qlobal sülh və təhlükəsizliyin ciddi pozuntularından önə çəkir.

Pillay avqustun 21-də şurada yekun brifinqini keçirib. O, altı ildir BMT-nin İnsan Hüquqları üzrə Komissarıdır. Rəsminin sözlərinə görə, Əfqanıstan, İraq və Ukraynadakı böhranlar beynəlxalq ictimaiyyətin münaqişələri əngəlləyə bilmədiyini göstərir.

Pillay Təhlükəsizlik Şurasını çağırıb ki, hüquq pozuntularının qarşısını almaq üçün yeni tədbirlər hazırlasın. Buraya vaxt və miqyasa görə məhdud insan haqlarının monitorinq missiyalarının yerləşdirilməsi də daxil ola bilər.

XS
SM
MD
LG