Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:55

Rusiya yardım karvanı Ukrayna ərazisinə girə bilib

Russia -- Lorries, part of a Russian humanitarian convoy, wait for permission to leave from the Donetsk-Izvarino customs control checkpoint for Ukraine, 30 km outside Kamensk-Shakhtinsky in the Russia's Rostov Region, on August 21, 2014.

Avqustun 22-də Rusiya yardım karvanından ilk maşınlar Ukrayna ərazisinə girə bilib. Su, generator, yuxu çantaları ilə yüklənmiş maşınlar bir gün öncə gömrük ərazisinə daxil olmuşdu. Bu yardım yaraqlıların nəzarətdə saxladığı Luqans və digər regionlardakı dinc sakinlər üçün nəzərdə tutulub.

270 yük maşını dörd gün idi sərhəddə saxlanmışdı. Ukrayna karvanda rusiyayönyü yaraqlılara yardım olacağından narahat idi.

Beynəlxalq Qırmızı Xaç Komitəsi karvanı müşayiət edir və öz əməkdaşları üçün təhlükəsizlik təminatı istəyib. Komitənin rəsmisi Laurent Corbaz avqustun 21-də deyib ki, Luqansk və digər münaqişə ərazilərində ərzaq və tibbi ləvazimata ciddi ehtiyac var.

XS
SM
MD
LG