Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:17

Hagel deyir ki, islamçı təhdidi “dəf edilməlidir”


ABŞ-ın Müdafiə Naziri Chuck Hagel deyir ki, İslam Dövləti (İD) ABŞ-ın maraqlarına “birbaşa təhlükə” yaradır və dəf edilməlidir. O, avqustun 21-də Vaşinqtonda jurnalistlərə danışıb. Hagel bildirib ki, İD təkcə ənənəvi “terrorçu qrup” deyil, bu yaxınlarda peyda olmuş hər hansı təhlükədən daha yaxşı silahlanıb, təlim görüb və maliyyələşir.

Hagellə yanaşı ABŞ Birgə Qüvvələrinin Baş Qərargah rəhbəri Martin Dempsey də çıxış edib, deyib ki, İD yaraqlılarının qarşısını almaq mümkündür. Ancaq xəbərdarlıq edib ki, bu işi Suriyada həmin qrupu daimi izləmədən mümkün deyil. Dempsey bildirib ki, o, ABŞ-ın Suriyada hava zərbələri endirəcəyini demək istəmir, ancaq Hagel-in sözlərinə görə, bütün variantlar götür-qoy edilir.

Bu mətbuat konfransından iki gün öncə İD amerikalı jurnalist James Foley-nin başının kəsildiyini göstərən video yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG