Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:51

Bank of America 16,7 milyard dollar ödəməyə razı oldu


ABŞ-ın ikinci ən böyük bankı olan Bank of America ipoteka ilə bağlı problemləri tənzimləməyə 16,7 milyard dollar ödəyəcək. Belə bir razılşma Bank of America ilə ABŞ-ın Ədliyyə nazirliyi arasında əldə olunub.

Bank ABŞ hökumətinə, qiymətli kağızlar və birjalar komissiyasına, 6 ştatın hökumətlərinə nağd şəkildə 9,7 milyard dollar ödəməlidir. Qalan 7 milyard dollar isə ipotekalardan əziyyət çəkən ev sahiblərinin borcunu yüngülləşdirməyə veriləcək.

Bundan əvvəl ABŞ-ın digər bankı JP Morgan Chase eyni problemlə bağlı 13 milyard dollar ödəməyə razı olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG