Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:03

Avqustun 21-də Gürcütanın baş naziri İrakli Garibashvilinin Yerevana 2 günlük səfəri başlanıb. O, Ermənistanın baş naziri ilə görüşüb və Ermənistan prezidenti ilə də görüşəcək.

Gürcüstan sentyabrın 1-dən ölkəyə 90 gündən artıq müddətə gələn bütün xaricilərə viza tətbiq edəcək. Garibashvilinin səfəri zamanı Ermənistan bu məsələni qaldırmaq fikrindədir.

Bundan başqa Ermənistanın Avrasiya Birliyinə qoşulması, Gürcüstanın isə Avropa Birliyi ilə azad ticarət sazişi nəticəsində yaranacaq vəziyyət Garibashvilinin səfəri zamanı xüsusi müzakirə olunacaq.

Gürcüstanda qeyd edirlər ki, Garibashvili baş nazir olandan ilk rəsmi xarici səfərini Ermənistana edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG