Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:31

Ermənistana qaz verilməsi dayanıb


“Qazprom Ermənistan” şirkətinin saytı avqustun 21-də bildirib ki, maqistral qaz kəmərində qəzaya görə Ermənistan qaz verilməsi dayanıb. Gürcüstanda Daryal dərəsində torpaq sürüşməsi olub və bu sürüşmə kəmərdə qəza törədib.

“Qazprom Ermənistan”ın saytının məlumatına görə, “Gürcüstanın qaz nəqli şirkəti rəsmi olaraq Qazprom Ermənistan şirkətinə məlumat verib ki, Gürcüstan ərazisində Şimali Qafqaz-Cənubi Qafqaz maqistral qaz kəmərində qəza olub. Ona görə Ermənistana qaz verilməsi dayanır.”

Ermənistana qaz Rusiyadan Gürcüstan ərazisindən tranzitlə gəlir.

Ermənistan ərazisinə bu qazı çatdırmaqda və bölüşdürməkdə monopoliya "Qazprom Ermənistan" şirkətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG