Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:19

Hüquq müdafiəçisinin məhkəməsi olub


«Demokratiyaya Yardım» İctimai Birliyinin rəhbəri Emil Məmmədov

«Demokratiyaya Yardım» İctimai Birliyinin rəhbəri Emil Məmmədov

Avqustun 21-də «Demokratiyaya Yardım» İctimai Birliyinin rəhbəri Emil Məmmədovun işi üzrə məhkəmə olub.

Vəkil Elçin Sadıqovun AzadlıqRadiosuna verdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində başlayan prosesdə Emil Məmmədov ifadə verib.

«O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu dedi. Bildirdi ki, heç vaxt heç kimdən pul tələb etməyib və heç kimi də harasa pul almaq üçün göndərməyib. Qeyd elədi ki, şər-böhtan əsasında həbs olunub. Bundan başqa o zərərçəkən olduqlarını bildirilənlərin çoxunu tanımadığını dedi. Xatırlatdı ki, ictimai birliyin sədri olduğu zaman ölkə rəhbərliyini rayonda baş verən hüquq pozuntuları, büdcə yeyintiləri barədə həmişə məlumatlandırıb. Daha sonra hakim ona suallar verdi. Vəkillərin sual verməsinə vaxt qalmadı».

Növbəti proses sentyabrın 5-ə təyin olunub. Növbəti prosesdə «Demokratiyaya Yardım» İctimai Birliyinin həbsdə olan digər əməkdaşı Tofiq Qasımov da məhkəmədə ifadə verəcək.

Yerli hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı hazırladığı siyahıda Emil Məmmədovun da adı var.

Salyan polisi Emil Məmmədovu 2014-cü il mayın 13-də həbs edib. Ona qarşı Cinayət Məcəlləsinin «hədə-qorxu ilə pul tələb etmək» maddəsi ilə ittiham irəli sürülüb. Hüquq müdafiəçisi ittihamları qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG