Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:12

«Emin Hüseynovdan xəbər yoxdur, Mehman Hüseynov evdə müalicə alır» [Video]


«RATİ-nin direktoru Emin Hüseynovdan hələ də xəbər yoxdur, qardaşı Mehman Hüseynov 1-2 günə işə çıxacaq».

Bu haqda AzadlıqRadiosuna RATİ-nin hüquqşünası Günay İsmayılova məlumat verib. O bildirir ki, bugünlərdə Mehman Hüseynovla telefon əlaqəsi saxlayıb:

«Mehman həkimin məsləhəti ilə evdə müalicə alır. 1-2 günə işinə qayıdacaq. Onun da qardaşından xəbəri yoxdur. Bizdən soruşdu Eminin yerini. Bəzi saytların Emin Hüseynovla bağlı yaydığı məlumatlar tamamilə yalandır. O, heç vaxt ABŞ səfirliyində olmayıb və oradan İsveçrə səfirliyinə aparılmayıb».

Avqustun 8-də polis və mülkigeyimlilər RATİ-nin ofisində axtarış aparıb. Ofisdəki kompüter və sənədlər götürülüb. Avqustun 11-də prokurorluq əməkdaşları ofisin qapısını möhürləyiblər.

Həmin vaxtdan RATİ-nin direktoru Emin Hüseynov və onun qardaşı Mehman Hüseynovun harada olduğu bəlli deyildi. Emin Hüseynovun ABŞ səfirliyinə sığındığı haqda məlumatlar yayılsa da, səfirlik bunu təkzib etmişdi. Daha sonra yayılan məlumatlarda Emin Hüseynovun ABŞ səfirliyindən İsveçrə səfirliyinə aparıldığı bildirilirdi. İsveçrə səfirliyi bu məsələyə münasibət bildirməyib.

XS
SM
MD
LG