Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:17

«Sən həmişə mənimləsən» tamaşasının Avropa premyerası keçiriləcək


İlyas Əfəndiyevin «Sən həmişə mənimləsən»

İlyas Əfəndiyevin «Sən həmişə mənimləsən»

-

Londonda Azərbaycanın Xalq Yazıçısı İlyas Əfəndiyevin «Sən həmişə mənimləsən» pyesi əsasında hazırlanan eyniadlı tamaşanın Avropa premyerası keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, yazıçının 100 illiyinə həsr olunmuş tamaşa Londonda fəaliyyət göstərən Aloff teatrının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 9-27 sentyabr tarixləri arasında LOST Teatrında nümayiş etdiriləcək.

Britaniyalı aktyorlar tərəfindən ifa ediləcək tamaşanın quruluşçu rejissoru Filiz Özcan, tərcüməçisi Aloff teatrının prodüseri Sənan Əliyevdir.

Tamaşa ilk dəfə 1964-cü ildə Azərbaycan Dövlət Dram Teatrında səhnələşdirilib və böyük uğur qazanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG