Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:12

«Bakı sübhdən günbatanadək» görünəcək


Arxiv foto
Arxiv foto

-

Avqustun 21-dən sentyabrın 7-dək Bakıda «Dünya sübhdən günbatanadək» layihəsi çərçivəsində «Bakı sübhdən günbatanadək» layihəsi keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin «Azanfilm» studiyasına istinadən yaydığı xəbərə görə, «Dünya sübhdən günbatanadək» Miroslav Dembinski və Maçyej Driqas tərəfindən yaradılmış orijinal layihədir.

Layihə dünyanın müxtəlif şəhərlərindəki kino məktəblərinin tələbələrinə və gənc rejissorlara silsilə seminarların keçirilməsinə əsaslanır.

Bir neçə həftəlik kurs müddətində tələbələr müəllimlərin nəzarəti altında qısametrajlı sənədli filmlər kolleksiyası üzərində birgə çalışırlar. Nəticədə, şəhərin canlı təsviri kimi 60 dəqiqəlik sənədli film istehsal olunur.

Layihə hər şəhərdə 4 mərhələdə yerinə yetirilir. Layihə bugünədək 9 şəhərdə - Minsk, Kiyev, Moskva, Pekin, Tokio, Tbilisi, Yerevan, Kişinyov və Bıdqoşda həyata keçirilib.

2014-cü ildə Hindistan, Türkiyə və Azərbaycanda keçirilməsi nəzərdə tutulur.

Layihənin tərəfdaşları Polşanın Adam Mitskeviç İnstitutu, Polşa Kino İnstitutu, TVP 2 Polşa Milli Televiziyası, Belsat kanalı və Polşa Xarici İşlər Nazirliyidir.

Layihənin Azərbaycandakı tərəfdaşı Mədəniyyət və Turizm Nazirliyidir.

XS
SM
MD
LG