Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:22

-

Ukraynanın iqtisadiyyat naziri Pavlo Sheremeta istefa verəcəyini deyir.

Reuters-in məlumatına görə, Sheremeta bu qərarını yazılı elan edib, bildirib ki, iqtisadi islahatları irəli apara bilmədiyindən məyus olub.

Sheremeta ayrıca facebook-da yazıb ki, daha «dünənki sistemlə vuruşmaq» istəmir.

O, fevralda, prezident Viktor Yanukovych hakimiyyətdən gedəndən sonra vəzifəyə təyin olunub.

Baş nazir Arseniy Yatsenyuk deyib ki, ölkənin şərqində rusiyayönlü separatçılara qarşı döyüşlər iqtisadiyyatı geri aparır və islahatları əngəlləyir.

İkinci rübdə iqtisadiyyat 4,7 faiz azalıb, sənaye istehsalı 12 faiz düşüb.

XS
SM
MD
LG