Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:01

ABŞ Baş Prokuroru Ferqyusona gəlib


ABŞ-ın Baş Prokuroru Eric Holder avqustun 20-də Missuri ştatının Ferqyuson şəhərinə səfər edib. O, sakinləri əmin edib ki, polisin silahsız qaradərili gənci öldürməsi hərtərəfli araşdırılacaq.

18 yaşlı Michael Brown avqustun 9-da öldürülüb. 13 gündür Ferqyusonda etirazlar gedir.

İlk afroamerikalı baş prokuror olan Holder deyib ki, qaradərili amerikalıların çoxunun polisə inanmadığını anlayır. O, vaxtilə irqinə görə polis tərəfindən dəfələrlə saxlandığını da söyləyib:

«Onun necə alçaldıcı olduğunu, necə qəzəbləndiyimi, bu hərəkətin mənə necə təsir göstərdiyini xatırlayıram», Holder deyib.

Polis zabitinə qarşı aşırı gücdən istifadəyə görə ittihamlar irəli sürülə bilər.

Ötən gecə Ferqyusonda altı etirazçı saxlanıb, ondan əvvəlki gecə bu rəqəm 47-yə çatmışdı.

XS
SM
MD
LG