Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:20

ABŞ Əfqanıstanı jurnalistlə bağlı qərarı dəyişməyə çağırır


Matthew Rosenberg

Matthew Rosenberg

-

Birləşmiş Ştatlar Əfqanıstanı çağırıb ki, ABŞ jurnalistinin deportasiyası qərarına yenidən baxsın. Əfqanıstanın Baş Prokurorluğu avqustun 20-də bildirib ki, Matthew Rosenberg 24 saat ərzində ölkədən çıxmalıdır. O, «New York Times»da məqaləsiylə bağlı istintaqla əməkdaşlıq etməməkdə ittiham olunub.

Rosenberg həmin məqalədən sonra baş prokurorluğa dindirilməyə çağırılıb. Məqalədə iddia olunub ki, prezident seçkisindən sonra rəsmilər aralıq hökumət yaratmaq planlarını götür-qoy edirlər.

Rosenberg özünün və qəzetin tam əməkdaşlıq etdiyini söyləyib.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Caitlin Hayden-in sözlərinə görə, əfqan hökumətinin addımı «ölkədə mətbuat azadlığı sahəsində geriyə ciddi addımdır və dərhal dayandırılmalıdır».

XS
SM
MD
LG