Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:31

-

AŞ PA-DA HAKİMİYYƏTİ SÜRPRİZ GÖZLƏYİR

«Azadlıq» qəzeti: Sentyabrın əvvəli AŞPA-nın Monitorinq Komitəsinin iclası keçiriləcək.

İclasda Azərbaycanda insan haqlarının son durumu ilə bağlı hesabat dinləniləcək. Amma maraqlıdır ki, bu hesabat elə bir dövrə təsadüf edir ki, Azərbaycan hakimiyyətinin lobbistləri artıq iqtidarı müdafiə edə biləcək arqument gətirə bilməyəcəklər. Çünki AŞPA ilə sıx əməkdaşlıq edən hüquq müdafiəçiləri Leyla Yunus, İntiqam Əliyev və Rəsul Cəfərov həbsdədirlər. Başqa bir hüquq müdafiəçisi Emin Hüseynovdan isə ümumiyyətlə xəbər yoxdur. Milli Şuranın Beynəlxalq Münasibətlər Komissiyasının rəhbəri Gültəkin Hacıbəyli hesab edir ki, AŞPA ilə sıx əməkdaşlıq edən hüquq müdafiəçiləri hazırda həbsdə olsalar da, onların həbsi siyasi məhbuslarla bağlı vahid siyahının hazırlanmasına mane olmayıb. Belə olan halda həmməruzəçilərin geri çəkilməyə yeri olmayacaq. G. Hacıbəyli vurğuladı ki, demokratik düşərgədə siyasi məhbusların müdafiəsi məqsədilə yaradılan komitə də ölkə reallıqlarının dünyaya çatdırılması istiqamətində bütün addımları atacaq:

«TƏCİLİ XƏRCLƏRİ AZALTMALIYIQ»

Artıq ilin ikinci yarısından dünya bazarında neftin qiymətində ucuzlaşma tendensiyası müşahidə edilir. Ekspertlər ayın sonuna kimi bir barelin qiymətinin 100 dollardan aşağı düşəcəyini proqnozlaşdırırlar. Azərbaycanın dövlət büdcəsində neftin baza qiyməti 100 dollar/barel həddindədir. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban «Bizim Yol» qəzetinə bildirib ki, gələn il büdcədə neftin baza qiymətinin 100 dollardan götürülməsi kifayət qədər risklər yarada bilər: «Ümumiyyətlə, gələn ilin büdcəsində neftin qiymətinin 90-95 dollardan götürülməsi daha münasibdir. «Qara qızıl»ın baza qiymətinin müəyyənləşməsi, əslində, büdcənin gəlirlərini deyil, xərclərini sığortalayır. Uzun müddətdir ki, yaxşı xərcləməyə öyrəşmişik. Dünya birjalarındakı neftin qiymətindən asılı vəziyyətə düşmüşük. 2015-ci il üçün «qara qızıl»ın orta qiyməti 100 dollardan aşağı olsa, o zaman vəziyyət ürəkaçan olmayacaq. Ola bilsin ki, hökumət 2009-cu ilin maliyyə böhranını əsas gətirsin. Lakin burada bir məqam var ki, o zaman neft hasilatının pik həddini keçməmişdik və daim inkişafda idik. Gəlirlərimiz yalnız artırdı, büdcəmiz isə indikindən 2 dəfə az idi. Amma indi büdcəmiz böyüyüb, neftin qiyməti enən müddətdə hasilatımız da aşağı düşür. Ötən beş il ərzində ölkəmizin ixracında isə heç nə dəyişməyib. Yəni ixracın 92 faizini neft, qaz və neft məhsulları tutur. Onun da 86 faizini xam neft təşkil edir. Qazancımız artıq aşağı düşməyə başlayıb. Buna görə də təcili xərcləri azaltmaq və vəsaitlərdən səmərəli istifadəni təmin etmək lazımdır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG