Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:23

“Zəngilanlı gəlib Bilgəhdə nə iş görə bilər?”


“Yeni Müsavat” qəzeti yazır ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə bu rayondan seçilən deputat Hacı Qalib Salahzadə arasında ciddi qarşıdurma yaranıb. Xəbər verildiyi ki, rayonda nüfuz sahibi olan millət vəkilini hədələyən icra başçısı onun qarşıdan gələn seçkilərdə deputat seçilməsinə imkan verməyəcəyini bəyanlayıb. Bilgəh qəsəbəsinə zəngilanlı icra nümayəndəsinin təyin olunması konflikti dərinləşdirib. Hacı Qalib qəzetə müsahibəsində deyib:

“Mən bu sözü həmişə deyirəm, zəngilanlı gəlib Bilgəhdə nə iş görə bilər? Yaxud bilgəhli gedib zəngilanlı üçün Zəngilanın kəndində nə iş görə, camaata nə xeyir verə bilər? Yoxsa burda başqa nə ola bilər ki. İcra nümayəndəsi iki dənə arayış verir də. Bir arayış verir ki, burda yaşayır, digərində də yazır ki, burda qeydiyyatdadır... Bilgəhdə bilgəhli olmalıdır. Zəngilanlı heç Bilgəhin küçələrini tanımır. Ancaq icra başçısı bu məsələni başqa formada hallandırır. Məsələni xırdalamaq lazımdır ki, deputat niyə bu cür danışır? Ona görə ki, kəndə xeyir verməkdən ötrü icra nümayəndəsi heç olmasa kənd adamlarını tanımalıdır.

- İcra başçısının məntiqindən isə belə anlaşılır ki, siz prezidentin siyasətinə qarşısınız...

- Yox, mən heç vaxt prezidentin siyasətinə qarşı çıxmamışam, çıxan da deyiləm. Mən prezidentin çörəyini yemişəm. Çörəyə xəyanət etsə, adamın gözü tutular. Mən deputat kimi dövlətdən maaş alıram. Heç zaman cənab prezidentin siyasətinə qarşı çıxan adam deyiləm. Cənab prezidenti 5 dənə kişi kimi istəyən adam varsa, biri də mənəm. Kimsə yalandan iqtidar, ya müxalifət olur, mənim onlarla işim yoxdur. Kişi kimi deyirəm ki, cənab prezidentə qulluq edirəm, onun əsgəriyəm. Ancaq mən burda nöqsan görürəm ki, yerli camaat zəngilanlının icra nümayəndəsi olmağından əziyyət çəkəcək. Burada rəsmi qeydiyyatda 10 mindən çox əhali var, ancaq ümumilikdə 30 mindən çox adam yaşayır.

PENSİYALARIN ORTA AYLIQ MƏBLƏĞİ YOXSULLUQ HƏDDİNİ ÜSTƏLƏYİR

«Azərbaycan» qəzeti Dövlət Sosial Müdafiə Fondu aparatının Əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyevlə müsahibə dərc edib. E. Məmmədəliyev deyir ki, ölkə üzrə pensiyaların orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 29 manat olduğu halda, hazırda bu məbləğ 172 manata çatıb. «Yeni sistem fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 4 dəfə, orta aylıq məbləği isə 5,8 dəfə artıb. Həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 faiz üstələyir. 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. Bütün bunlar Azərbaycanda yoxsulluq probleminin həllinin mühüm vasitələrindən biri kimi sosial sahədə sürətli islahatların aparılması və pensiyaların davamlı artırılmasına dair ölkə Prezidentinin qəbul etdiyi ardıcıl qərarların real nəticəsidir.

Daha geniş media icmalını birazdan AzadlıqRadiosunun saytında oxuya bilərsiniz

XS
SM
MD
LG