Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:41

Arada tumar çəkib öpüm yorğun əlindən...


Elnaz Eyvazlı
Elnaz Eyvazlı

-

Elnaz Eyvazlı

***

Gecəni gec yatmısan,

yorğunsan, yuxulusan.

gözlərin yumulurdu

səhər evdən çıxanda.

Ayağını sürüyüb

yarıkönül gedirdin,

pəncərədən əl edib

mən dalınca baxanda...

Ürəyim səndə qalıb,

narahatam, səhhətin

necə oldu görəsən?!

Bir vaxt edib arada

həkimə getməlisən...

İşin başından aşır,

İstiyə dözümün yox,

Havadan od tökülür,

Gün altına çıxma çox.

Axşam evə tez qayıt,

yuyun, dincəl, yorğunsan.

Bir qəşəng pürrəngi çay,

Şokoladla iç, uzan.

Bilsən nə bişirmişəm,

bu axşama bir qazan.

Sonra...

sonra da sevgi ilə

qoy başını dizimə.

Bəxtəvərlik tökülsün

saçının hər telindən.

Arada tumar çəkib

öpüm yorğun əlindən.

Unutdurum çəkdiyin

acıları, ağrını.

Hər gözün yol çəkəndə

partladırsan bağrımı.

Axı xoşbəxt olmağa,

sənin nəyin nalayiq?

Sən də arın-arxayın

zəhmətini çəkəsən

görəvinin, işinin.

Bir sevən qadın durur

arxasında, əzizim,

hər fədakar kişinin!

XS
SM
MD
LG