Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:20

77 adam ödürən Breivikin atasının kitabı çıxır


Oktyabr ayında kütləvi qatil Breivikin atasının kitabı çıxacaq.

“Mənim səhvim? Atanın hekayəti” adlı kitabda Jens Breivik yazır ki, “mən özümü bir az günahkar sayıram və hiss edirəm ki, bir az məsuliyyət daşıyıram. Mən daha yaxşı ata olsaydım, görəsən nə olardı? Anders etdiyini edərdimi?”

Nasist və millətçi baxışları təbliğ edən Anders Behring Breivik 2011-ci ildə Osloda və Utoeya adasında 77 adamı öldürdüynə görə 21 il həbs cəzasını çəkir.

Onun atası – vaxtilə diplomat olan Jense Breivik istefaya çıxanda Fransaya köçüb. Andersin 1 yaşı olanda o, Andersin anasından ayrılıb.

Anders yeniyetmə olanda isə onunla əlaqəni tam itirib.

Jens Breivikin kitabı “özünə məhkəmə” üslubunda yazılıb.

Onun redaktoru Arve Juritzen deyir ki, “o özü ilə çox sərtdir”.

XS
SM
MD
LG