Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:03

77 adamı öldürən Breivikin atasının "özünə məhkəmə" quran kitabı çıxacaq


Anders Breivik

Anders Breivik

Oktyabar ayında kütləvi qatil Breivikin atasının kitabı çıxacaq. Bu barədə onun naşiri avqustun 20-də məlumat verib.

“Mənim səhvim? Atanın hekayəti” adlı kitabda Jens Breivik yazır ki, “mən özümü bir qədər günahkar sayıram və hiss edirəm ki, bir qədər məsuliyyət daşıyıram. Mən daha yaxşı ata olsaydım, görəsən nə olardı? Anders etdiyini edərdimi?”

İfrat sağçı baxışları təbliğ edən Anders Behring Breivik 2011-ci ildə Osloda və Utoeya adasında 77 adamı öldürdüynə görə 21 il həbs cəzasını çəkir.

Onun atası – vaxtilə diplomat olan Jens Breivik istefaya çıxanda Fransaya köçüb.

Andersin 1 yaşı olanda o, Andersin anasından ayrılıb.

Anders yeniyetmə olanda isə onunla əlaqəni tam itirib.

Jens Breivikin kitabı “özünə məhkəmə” üslubunda yazılıb.

Onun redaktoru Arve Juritzen deyir ki, “o özü ilə çox sərtdir”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG