Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:19

Jurnalistin boynu vurulan videonu beynəlxalq aləm pisləyir


İraq İslam Dövləti yaraqlılarının amerikalı jurnalist James Foley-nin boynunu vurması videosunu beynəlxalq aləm pisləyir. Britaniyanın baş naziri Cameron öz məzuniyyətini yarımçıq kəsərək Londona qayıdıb və Foley-nin boynunu vuranın kimliyinin müəyyən olunması axtarışlarına başçılıq edir. Həmin şəxs videoda Britaniya aksenti ilə danışır.

Fransanın xarici işlər naziri Fabius deyib ki, əgər videonun həqiqliyi sübut olunsa, “vəhşilik xilafətinin əsil simasını göstərəcək”.

Almaniyanın xarici işlər naziri Steinmeier də deyib ki, Almaniya vəhşi yaraqlılarla vuruşmaq üçün İraq kürdlərinə silah göndərməyə hazırdır.

ABŞ bildirib ki, videonun həqiqliyi sübut olunsa, ABŞ dəhşətə gələcək.

İraq İslam Dövləti yaraqlılarının videosunda deyilir ki, ABŞ-ın hava zərbələrinə cavab olaraq onlar amerikalı jurnalistin boynunu vurur.

Günün bütün mövzuları

XS
SM
MD
LG