Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:29

“Öz xalqıma görə xəcalət çəkirəm”


Lyudmila Ulitskaya
Lyudmila Ulitskaya

-

Rusiyada indi də yazıçı Lyudmila Ulitskaya hədəfdədir.

Bu yaxınlarda “Avropa mədəniyyətinə verdiyi töhvələrə görə” Avstriyanın dövlət mükafatına layiq görülmüş yazıçı Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində “xalqıma görə xəcalət çəkirəm” deyib.

“Mən öz mədəniyyətsiz və aqressiv parlamentimə görə, cahil hökumətimə görə, rəhbərlikdəki zorakılıq tərəfdarı olan, supermenlik eşqinə düşmüş siyasətçilərə görə xəcalət çəkirəm. Mən hamımıza görə, mənəvi dəyərlər yolundan sapmış xalqımıza görə xəcalət çəkirəm”.

Ulitskaya Kremlin Ukrayna siyasətini sərt tənqid edən azsaylı rus ziyalılarındandır.

“Der Spiegel” jurnalındakı məqaləsində o, Rusiyanın “xəstə olduğunu”, millətçilik və imperializm bəlasına düçar olduğunu yazır.

Başqa bir rus yazıçısı, müxalifətdə olsa da, Kremlin Ukrayna siyasətini dəstəkləyən Eduard Limonov isə Ulitskaya-nın yazdıqlarına sərt reaksiya verib. Deyib ki, “bu brendləşmiş qoca arvadın fikirlərinə əhəmiyyət verməyə dəyməz, it hürər, karvan keçər”.

Limonov hesab edir ki, Ulitskaya populyar olsa da, dəyəri şişirdilib:

“Heç də bütün sənət adamlarının fikrinə qulaq asmaq lazım deyil, əgər bu, Lev Tolstoydursa, bəli, qulaq asaq, amma Ulitskayadırsa…”

İndi Rusiyada əfsanəvi “Maşina vremeni” rok qrupunun solisti Andrei Makarevich də sərt tənqid edilir.

O bu yaxınlarda Ukraynada, rusiyameylli separatçılardan təmizlənmiş bölgədə konsert verib.

Iosif Kobzon
Iosif Kobzon

Rusiya Dumasındakı çıxışlarında bəzi deputatalar onu “xain” adlandıraraq dövlət mükafatlarından məhrum edilməsi məsələsini qaldırıblar.

Amma Dumanın üzvü olan məşhur müğənni İ.Kobzon onun müdafiəsinə qalxıb. Deyib ki, Makarevich həmin mükafatları sənətinə görə alıb, siyasi mövqeyinə görə yox...

Bir müddət əvvəl müğənni Alla Pugacheva da Makarevich-ə qarşı təzyiqləri pisləyən açıqlama yaymışdı.

Bu arada tanınmış yazıçı Boris Akunin öz bloqunda “Кликуши, лакеи и просто идиоты, брысь от Макаревича!" kampaniyasına başlayıb...

XS
SM
MD
LG