Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:43

Əfqanıstan amerikalı jurnalistə 24 saat vaxt verib


New York Times qəzetinin müxbirinə istintaqla əməkdaşlıq etmədiyinə görə Əfqanıstanı tərk etməyə 24 saat vaxt verilib. Bunu Əfqanıstanın Baş prokurorluğu avqustun 20-də bildirib. Jurnalist Mattew Rosenbergə rəsmilər birbaşa müraciət etməyib.

Rosenberg avqustun 19-da baş prokurorluğa çağırılaraq dindirilmişıdi. Buna səbəb onun qəzetdə çıxan məqaləsi olub. Həmin məqalədə rəsmilərin prezident seçkiləri ilə yaranmış böhranın həllinə qoyulan vaxt bitəndə müvəqqəti hökumət yaratmaq planlarından danışılırdı.

Baş prokurorluğun sözçüsü Basir Azizi deyib ki, Rosenbergin həmin məqaləsi qanun və Əfqanıstanın milli maraqları əleyhinədir.

ABŞ avqustun 19-da Əfqanıstan hökumətini fundamental ifadə azadlığına hörmət etməyə çağırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG