Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:06

Avqustun 20-də Bakı Apellyasiya Məhkəməsi həbsdə olan blogger Ömər Məmmədovun şikayətinə baxıb.

Ömər Məmmədov məhkəmədə çıxış edərək bildirib ki, istintaq dövrü yazılan izahata imza atmağa onu məcbur ediblər:

«Məni Bakı İstintaq Təcridxanasında dəfələrlə döyüblər. Qarşımda şərt qoyublar ki, izahatı imzalamasam, atamı həbs edəcəklər. Məcburiyyət qarşısında qalıb, onların yazdığı izahata imza atmışam. Mən nə narkotik istifadəçisiyəm, nə də narkotika satışı ilə məşğul olmuşam».

Məhkəmə müdafiə tərəfinin istintaqın yenidən aparılması ilə bağlı vəsatətini rədd edib.

Növbəti məhkəmə prosesi sentyabrın 3-ə təyin olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG