Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:57

-

(Müvəqqəti işlər vəkili Kolumbiyanın görkəmli yazıçısı Gabriel García Márquez-in ingilis dilinə tərcümə olunmuş bir sıra kitablarını milli kitabxanaya bağışlayıb).

Kolumbiyanın Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili Əssəd Jose Jater Pena M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olub.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, görüşdə direktor Kərim Tahirov Azərbaycan-Kolumbiya mədəni əlaqələrindən, beynəlxalq əməkdaşlıqdan söhbət açıb.

Tərəflər hər iki ölkənin milli kitabxanaları arasında əlaqələrin daha da genişləndirilməsi, kitab mübadiləsinin artırılması və qarşılıqlı əməkdaşlıq memorandumunun hazırlanması haqqında müzakirələr aparıblar.

Müvəqqəti işlər vəkili Kolumbiyanın görkəmli yazıçısı Gabriel García Márquez-in ingilis dilinə tərcümə olunmuş bir sıra kitablarını kitabxanaya təqdim edib.

Qonağa «Azərbaycan Milli Kitabxanası. Fotoalbom» və «Azərbaycan xalçaları» kitabları hədiyyə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG