Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:55

Senat ABŞ-ın İraqa dair kəşfiyyat məlumatlarının açıqlamasını istəyir


ABŞ Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Con Neqroponte İraq müharibəsindən sonra terror təhlükəsinin artmasıyla bağlı fikirləri rədd edir. Birləşmiş Ştatlarda konqresə seçkilərə 6 həftə qalmış kəşfiyyat təxminləri peyda olub və bu məsələ mətbuatın və ictimaiyyətin müzakirə mövzusuna çevrilib.


Bu sənəd 16 dövlət kəşfiyyat xidmətinin rəyini əks etdirir və hələlik ictimaiyyətə açıqlanmayıb. Lakin, sənədin mətbuata sızan məqamlarından belə bəlli olur ki, İraq müharibəsi qatı islamçılardan ibarət yeni nəslin yaranmasına səbəb olub, qlobal təhlükəsizlik sahəsində vəziyyəti daha da pisləşdirib.


Keçmiş Amerika prezidenti Bil Klintonun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Krouli İraq müharibəsini strateji səhv və radikal islamçılara hədiyyə hesab edir.


ABŞ Milli Kəşfiyyat Xidmətinin rəhbəri və prezident Corc Buşun yaxın tərəfdarı olan Con Neqroponte isə deyir ki, mətbuatda gedən məlumatlar bu sənədin əsas mahiyyətini təhrif edir.


Con Neqroponte deyir ki, əslində bu təxminlər növbəti 5 ildə beynəlxalq terrorçuluqdan Birləşmiş Ştatların maraqlarına olan əsas təhlükələri müəyyən etmək üçün strateji bir çərçivədir.


Respublikaçı və Demokratların Senatın Kəşfiyyat Komitəsindəki nümayəndələri Buş hökumətini sənədlə tam tanış olmaq üçü onu ictimaiyyət üçün açıqlamağa çağırıblar.


Con Neqroponte yaxın günlərdə bu təklifə baxılacağını deyir.


Günün bütün mövzuları

XS
SM
MD
LG