Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:56

Kitabı tənqid edəndən sonra 2 fotoqraf şallaq cəzası alır. Yaxın Şərqin bir ən böyük problemi dünya iqtisadiyatından uzaq düşməsidir. Azərbaycanda insan haqları müdafiəçilərinin həbsləri atəşkəsin pozulmasından da məyusedici təmayüldür.

Dünya mediası bu gün nədən yazır?

İranda 2 fotoqraf yerli rəsminin illüstrasiyalı kitabını tənqid etdikdən sonra birlikdə 75 şallaq cəzasına məhkum olunublar.

Bunu Guardian qəzeti yazır.

Hər iki fotoqraf Qəzvindəndir. Onları məhkəməyə yerli mədəni irs tşkilatının rəhbəri Mohammad –Ali Hazrati verib. O, “Qəzvin, ötən vaxtların torpağı” adlı kitab haqda bu iki fotoqrafın internetdə yazdığı mənfi fikirləri təhqir sayıb.

Khalil İmamai və və Abbas Alipour adlı fotoqraflar kitabı buraxan rəsmiləri tənqid ediblər ki, ictimai pulları incəsənət baxımından aşağı səviyyəli kitablar buraxmağa sərf edirlər. Kitabı Qəzvin bələdiyyəsi buraxıb və pulsuz paylanır.

Fotoqraf İmami yazıb ki, 216 səhifəlik kitab bahalı cilddə buraxılıb, kitabda 230 foto var, bunların da çoxunun ya çəkiləndə işığı pis olub, ya yaxşı çərçivəyə alınmayıb.

İranda fotoqraflara şallaq cəzası 2012-ci ildə karikaturaçı Mahmoud Shokrayeyə 25 şallaq cəzası verilməsini xatırladıb. O vaxt karikaturaçı parlament deputatının şərəf və ləyaqətini tə

Hqir etməkdə günahkar bilinmişdi. Ancaq bu, cəmiyyətdə böyük hay-küy yaradandan sonra həmin deputat şikayətini geri götürdü.

YAXIN ŞƏRQ İQTİSADİYYATI

New York Times qəzeti yazır ki, Obama bu yaxınlarda İraqdakı böhranın səbəbinin iqtisadiyyat olduğunu deyəndə bu, çoxları üçün gözlənilməz arqument oldu. Obamanın fikrincə, İraq sünniləri dünya iqtisadiyyatından aralı düşüb və buna görə onların ümidləri doğrulmadı.

Qəzet yazır ki, İraqdakı xaosun səsbəbləri çoxdur.

Bununla belə, Obama ciddi səbəbə toxunub. Təkcə İraq sünniləri yox, bütün Yaxın Şərq dünya iqtisadiyyatından uzaq düşüb. Regionun qlobal idxalda payı cəmi 4 faizdfir.

Bu, 1983-cü ildəkindən azdır.

Yaxın Şərq qabağa getmək əvəzinə geri gedir.

Təkcə Almaniyanın qlobal idxalda payı 6,4 faizdir. 1965-ci ildə Misirdə adambaşına düşən daxili məhsul 406 dollar idi, Çində - 110 dollar.

İndi Misirdə bu göstərici 1566 dollardır, Çində 3583.

1965-ci ildə adambaşına düşən daxili məhsula görə Cənubi Koreya Misirlə təxminən eyni səviyyədə idi. İndi Cənubi Koreyada bu göstərici 24000 dollardır.

İranda isə cəmi - 3000 dollar.

Yaxın Şərq ölkələri təkcə dünya iqtisadiyyatından yox, bir-birlərindən də uzaq düşüblər.

Müqayisə üçün, Avropanın işlətdiyi mal və məhsulların 3-də 2-si elə Avropanın özündən gəlir.

Yaxın Şərqdə alınan mal və məhsulların cəmi 16 faizi regionun özündəndir.

Yaxın Şərqdə siyasi problemlər iqtisadi amilə çevrilib. Qəzzada sorğuya görə çoxları İsraillə sakitlik istəyir ki, İsraildə iş tapa bilsin.

İranda sorğuda “ən vacib siyasi prioritet” sualına çoxları “İş imkanlarının genişlənməsi” cavabını verib.

AZƏRBAYCANDA NƏ BAŞ VERİR?

Andre Crous Prague Post qəzetində çıxan “Azərbaycanda nə baş verir?” adlı məqaləsində Dağlıq Qarabağ ətrafında son gərginlikdən və Azərbaycanda insan haqları fəallarının həbslərindən yazır. Müəllif hesab edir ki, Ukrayna ilə gərginlikdən sonra Rusiya prezidenti Putin üçün Qarabağ regionunda sülh xüsusilə əhəmiyyətlidir.

Crous onu da yazır ki, Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün tonu görüş ərəfəsi İlham Əliyevin Twitterdə kəskin mesajları və Praqada aprel ayında Şərq Tərəfdaşlığı sammitindəki kəskin çıxışı ilə təzad təşkil edir. Həmin sammitdə Əliyev demişdi ki, Avropa Ermənistana qarşı sanksiya qoymalıdır.

Crous Azərbaycanda insan haqları müdafiəçilərinin son həbsləri isə Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhəddindəki gərginlikdən də çox məyus edən təmayül adlandırır.

UKRAYNA BÖHRANINI HƏLL ETSƏ, MERKEL HƏLL EDƏCƏK

New York Times qəzeti yazır ki, Barack Obamanın başı başı qlobal və daxili problemlərə qarışdığı vaxt Almaniya kansleri Merkel Ukrayna böhranını həll etmək yolunda getdikcə həlledici lider kimi ortaya çıxır.

RUSİYA SSRİ-YƏ QAYIDIR

Foreign Policy məcmuəsi yazır ki, meyvə-tərəvəzə qadağan qoyan Rusiya keçmiş Sovet dövrünə qayıdır.

New Yorker jurnalı isə hesab edir ki, Putinin Avropaya qarşı sanksiyaları əslində Rusiyaya qarşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG