Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:39

Skamyalar hanı?...


Arxiv fotosu
Arxiv fotosu

“Parkdakı oturacaqları yığışdırıblar, istirahət edə bilmirik”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Söhbət Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində yaşayan sakinlər tazıb. Onlar bildirirlər ki, ərazidə yerləşən parka istirahətə gələndə oturacaqların yığışdırıldığını görüblər.

Təqaüdçü Xeyrəddin Salahov:

“Parkın qarovulçusu dedi ki, oturacaqları təmir üçün yığışdırıblar. Biz də düşündük ki, yəqin yaxın vaxtlarda gətirib yerinə qoyarlar. Ancaq xeyli vaxt keçdi, oturacaqlardan xəbər çıxmadı. Bu parka əsasən təqaüdçülər yığışır, axşamlar təmiz hava alırıq. Bunu da bizə çox görürlər”.

"SKAMYALARI PULLU ETMƏK İSTƏYİRLƏR"

Təqaüdçülər qəsəbə nümayəndəliyinə üz tutub şikayət ediblər.

Başqa təqaüdçü Səfər Səfərov yazır:

“Onlar bilərəkdən skamyaları yığışdırıblar. Çünki bizim oturduğumuz yer pulsuzdur.

parka gələndə ancaq daşların üzərində oturmaqla yorğunluqlarını alırlar. Məsələ ilə bağlı dəfələrlə müvafiq orqanlara müraciət etsələr də onların şikayətinə baxan olmayıb. Qəsəbə sakinləri bunu müəyyən səbəblərlə əlaqələndirirlər.

Təqaüdçülərin qulağına səs dəyib ki, park pullu olacaq. Skamyalar geri qaytarılsa da, onda oturmaq üçün ödəniş etməli olacaqlar.

Binəqədi Rayon İcra Hakimiyyəti isə təkzib edir. Qurumdan bildiriblər ki, Binəqədi ərazisində “Təmiz Binəqədi” layihəsi həyata keçirilir. Ərazidəki parkların yenilənməsi işləri aparılır. Elə skamyaların yığışdırılması da yeniləri ilə əvəz olunması ilə bağlıdır.

Qurumdan yaxın günlərdə parka yeni skamyaların gətiriləcəyi bildirilib. Təqaüdçülərə bir neçə gün səbr etmək qalır.

XS
SM
MD
LG