Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:46

“Uşaqları eşiyə buraxa bilmirəm. Özüm şəxsən gedib şəhərdə kirayə qalıram. Mən evdə otura bilmirəm, nəfəs almaq qeyri-mümkündür”. Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Zığ şossesindən, Hövsan qəsəbəsi istiqamətinə gedən yol kənarındakı evlərdən birində yaşayan Gülarə Seyfullayeva deyir.

Uzun müddətdir ki, evlərinə yaxın ərazidə aparılan təmir işləri ucbatından normal yaşayışlarının pozulduğunu deyən sakinlər etiraz olaraq əraziyə gedən yolu kəsiblər. Nəticədə 10-a yaxın yük maşını bir neçə saat fəaliyyətini dayandırıb. Ancaq sonradan yenə davam etdirib.

Gülarə Seyfullayeva:

Asma xəstəsiyəm. Evin təmizliyi bir tərəfə, but oz-torpaq səhhətimə də zərər vurur“.

Sakinlərin sözlərinə görə, əraziyə gətirilən yük maşınlarının getdiyi yoldan çıxan toz-duman elə bir vəziyyət yaradır ki, göz-gözü görmür. Hava küləkli olanda isə vəziyyət daha da pis olur. Halbuki, küləkli hava şəraitində yollar əvvəlcə sulanmalı, daha sonra ərazidən yük maşınları keçməlidir.

Sakinlər hər dəfə küçəyə çıxıb səs-küy salanda tikintini həyata keçirən şirkətin işçiləri buraya su maşını göndərirlər ki, tozlu ərazi sulansın. Bundan sonra yük maşınları yenə işə düşür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər ki, paytaxt ərazisində havada tozun miqdarı aylıq nəzərdə tutulan normadan 20 faiz çoxdur. Bu cür halların qarşısını almaq üçün isə nazirlik tərəfindən mütəmadi olaraq reydlər keçirilir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG