Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:03

RATİ-nin mühasibi prokurorluğa çağrılıb


Tanya Kryuçkina
Tanya Kryuçkina

-

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATI) mühasibi Tanya Kryuçkina Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Bu barədə AzadlıqRadiosuna İnstitutun hüquqşünası Günay İsmayılova məlumat verib:

«O, avqustun 21-i saat 10-da istintaq idarəsində olmalıdır».

RATİ-nin hüquqşünası Günay İsmayılova 6 gün əvvəl, avqustun 14-də Baş Prokurorluqda ifadə verib. Şahid qismində ifadə verəndən sonra hüquqşünasın ölkədən çıxışına məhdudiyyət qoyulub.

Avqustun 6-da RATİ rəhbəri Emin Hüseynovun ölkədən çıxışına qadağa qoyulub. Avqustun 8-də polis və mülkigeyimlilər RATİ-nin eyni ünvanda yerləşən iki ofisində axtarış aparıb. Ofisdən kompüter və sənədlər götürülüb. Üç gün sonra isə ofisin qapıları möhürlənib. Hazırda İnstitut işini dayandırıb.

Həmin gündən RATİ-nin direktoru Emin Hüseynov və qardaşı Mehman Hüseynovla əlaqə kəsilib, bu günə qədər onların harada olduğu bəlli deyil.

XS
SM
MD
LG