Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:24

111 yaşlı yapon dünyanın ən yaşlı kişisi elan olunub.

Ginnesin Rekordlar Kitabı avqustun 20-də bildirib ki, kənd təsərrüfatı kimyasından dərs demiş müəllim Sakari Momoi dünyanın ən yaşlı kişisidir. Ondan əvvəl dünyanın ən yaşlı kişisi əslən polşalı Alexander Imich iyun ayında 111 yaşında dünyasını dəyişib.

1903-cü il fevralın 5-də doğulmuş Momoi balıq yeməyi və kitab oxumağı sevir.

O, Tokioda qocalar evində yaşayır, jurnalistlərə deyib ki, “daha iki il yaşamaq istəyir”.

Dünyanın ən yaşlı sakini isə 116 yaşlı, yapon qadın Misao Okawa-dır.

Günün bütün mövzuları

XS
SM
MD
LG