Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:41

Putin Ukrayna prezidenti ilə Minskdə görüşəcək


Petro Poroshenko və Vladimir Putin
Petro Poroshenko və Vladimir Putin


Rusiya prezidenti Vladimir Putin avqustun 26-da Minskdə ukraynalı həmkarı Petro Poroshenko ilə görüşəcək. Bu barədə Kreml avqustun 19-da məlumat yayıb. Bəyanatda deyilir ki, Putin Avropa Komissiyası və Avrasiya Gömrük İttifaqının rəsmiləri ilə də görüşlər keçirəcək. Gömrük İttifaqına Rusiya, Qazaxıstan və Belarus daxildir.

Poroshenko deyib ki, müzakirənin əsas mövzusu Ukraynanın şərqində vəziyyətin sabitləşdirilməsi olacaq.

Putinlə Poroshenko iyunun əvvəlindən görüşməyiblər.

Ukrayna hökumət qüvvələri Donetsk və Luqanskda rusiyayönlü separatçılarla döyüşür. Ölkənin şərqindəki döyüşlərdə 2 mindən çox adam ölüb.

XS
SM
MD
LG