Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:02

ABŞ Əfqanıstanın jurnalisti ölkədən buraxmamasından narahatdır


-

Birləşmiş Ştatlar deyir ki, Əfqanıstanın «New York Times»ın müxbirini ölkədən buraxmamasından «dərin narahatdır». Dövlət Departamenti avqustun 19-da əfqan hökumətini çağırıb ki, «fundamental ifadə və mətbuat azadlıqlarına hörmət etsinlər».

Matthew Rosenberg-in Əfqanıstandan çıxmasına qadağa qoyulub. O, bir qrup rəsminin hakimiyyəti ələ keçirmək istəməsini yazıb. Baş prokurorluğun sözçüsü Basir Azizi deyib ki, Rosenberg-in məqaləsi «Əfqanıstan qanunları və milli maraqlarına qarşıdır».

Rosenberg-in avqustun 20-də Baş Prokurorluğa çağırılıb.

Prezident Hamid Karzai-yə varis seçmək üçün aprelin 6-da keçirilən seçkidə kütləvi saxtakarlıq iddiaları ortaya çıxıb, seçkinin qalibi müəyyənləşməyib.

XS
SM
MD
LG