Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:21

Yeməyə nəyimiz var?


Yeyinti məhsullarının keyfiyyətinin yüksəldilməsi mövzusunda konfrans keçirilib

Yeyinti məhsullarının keyfiyyətinin yüksəldilməsi mövzusunda konfrans keçirilib

«Mən bu gün səhər özüm şəxsən kərə yağı açıb yedim, ondan bitki yağı iyi gəlirdi. Guya ki, Almaniyada düzəldilib... Mən bu gün göstəriş verəcəyəm onu araşdırsınlar». Səhər yeməyində yağın keyfiyyətindən şübhələnən İqtisadi İnkişaf naziri Heydər Babayevdir. Nazir sentyabrın 26-da keçirdiyi «Azərbaycanda yeyinti məhsullarının keyfiyyətinin yüksəldilməsinin əsas istiqamətləri» mövzusunda konfransda bildirdi ki, səhər yeməyində yağda rastlaşdığı problem digər ərzaq mallarında da var.


«Mən bu gün səhər özüm şəxsən kərə yağı açıb yedim, ondan bitki yağı iyi gəlirdi. Guya ki, Almaniyada düzəldilib... Mən bu gün göstəriş verəcəyəm onu araşdırsınlar». Səhər yeməyində yağın keyfiyyətindən şübhələnən İqtisadi İnkişaf naziri Heydər Babayevdir

İqtisadi İnkişaf Nazirliyinin (İİN) bu yaxınlarda apardığı araşdırmalardan o da üzə çıxıb ki, Bakını, bəlkə də bütün ölkəni duzla təmin edən duz göllərindən birinə, elə duz


«Mən bu gün səhər özüm şəxsən kərə yağı açıb yedim, ondan bitki yağı iyi gəlirdi. Guya ki, Almaniyada düzəldilib... Mən bu gün göstəriş verəcəyəm onu araşdırsınlar». Səhər yeməyində yağın keyfiyyətindən şübhələnən İqtisadi İnkişaf naziri Heydər Babayevdir


çıxarıla-çıxarıla hər gün 9 min kub metrə yaxın kanalizasiya suyu axıdılır.


İİN-nin Antiinhisar Siyasəti Departamentinin rəisi Samir Dadaşov da deyir ki, onlar tez-tez topdan və pərakəndə satış mərkəzlərində ərzaq məhsullarının monitorinqlərini keçirirlər. Hər dəfə də xeyli miqdarda istifadəyə yarasız ərzaq məhsulları satışdan götürülür. Görülən işlərin yetərli olmadığını etiraf edən cənab Dadaşova görə, ən təhlükəli vəziyyət su və sərinləşdirici içkilər bazarında aşkar edilib. O, apardıqları analiz zamanı bəzi müəssisələrin istehsal etdikləri həmin sularda «bağırsaq çöpü» qrupundan olan bakteriyalar aşkarladıqlarını deyir: «Bu da çox neqativ haldır, araşdıranda məlum oldu ki, su və sərinləşdirici içkiləri istehsal edən müəssisədə istifadə edilmiş plastik qablarda məhsulun təkrar qablaşdırılması aparılır. Özü də həmin qablar zibilliklərdən toplanılaraq müəssisəyə gətirilir».


Samir Dadaşovun dediyinə görə, xörək duzunda problem daha ciddidir. O, Bakıda ən çox duz istehsal edilən Masazır gölündən tutmuş Bakıətrafı bütün göllərin ətrafında antisanitariyanın hökm sürdüyünü deyir. Cənab Dadaşov əlavə edir ki, həmin zibilliklərin ətrafından yığılan duz satılsın deyə Ukrayna və Rusiya istehsalı olan kağız torbalara qablaşdırılır. Nazirliyin apardığı araşdırmalarda hətta həmin göllərdən yığılan duzun tərkibində ağır metallar aşkarlanıb. Bu cür metalların insan bədəninə düşməsi isə yavaş-yavaş ölüm hesab edilir. Duzun keyfiyyəti problemi ilə Azərbaycanda təkcə İİN yox, BMT-nin uyğun qurumları da məşğul olur. BMT-nin uşaq təşkilatı olan YUNİSEF-in dəstəyi ilə xarici ölkələrdən Bakıya mütəxəssislər dəvət edilib. Yeni avadanlıqların tətbiqi ilə duzun keyfiyyətinin yaxşılaşdırılması, onun yodlaşdırılması istiqamətində tədbirlər görülür.


Bakıda söhbətləşdiyim adamlar da ərzaq mallarının keyfiyyətilə bağlı tez-tez problemlərlə üzləşdiklərini deyirlər.


Bu sahədə uzunmüddətli monitorinqlər apardıqlarını deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova görə, satılan spirtli içkilərin təqribən 50 faizə qədəri insan orqanizmi üçün təhlükəlidir. O, hesab edir ki, əgər mağazalarda şüşə qablarda 1200 manata konyak satılırsa onu heç yoxlamağa dəyməz, həmin içkinin nə qədər keyfiyyətsiz olduğu elə onun satış qiymətindən bəllidir. Cənab Hüseynov deyir ki, onların apardığı araşdırmalar zamanı kolbasa məhsullarının da keyfiyyətində ciddi problemlər üzə çıxıb. Eyyub Hüseynov keyfiyyətsiz məhsulların tez-tez bazardan çıxarmasını müsbət hal saysa, ümumilikdə görülən işləri yetərli hesab etmir.


Günün bütün mövzuları

XS
SM
MD
LG