Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:04

Daha bir qətl Missuridə iğtişaşları qızışdırır


U.S. -- Police officers work to keep order as demonstrators express their feelings in Ferguson, Missouri, August 18, 2014

U.S. -- Police officers work to keep order as demonstrators express their feelings in Ferguson, Missouri, August 18, 2014

ABŞ-ın Missuri ştatının St.Louis rayonunda polis son 11 gündə ikinci qaradərilini öldürüb və gərginlik daha da artıb. Polis bildirir ki, iki zabit avqustun 19-da bıçaqla silahlanmış bir kişini öldürüb.

Avqustun 9-da 18 yaşlı, silahsız Michael Brown-un öldürülməsi Ferqyuson şəhərində zorakı etirazlar doğurmuşdu. Ekspertiza göstərib ki, Brown, iki dəfə başından olmaqla, altı dəfə güllələnib.

Avqustun 20-də ABŞ-ın baş prokuroru Eric Holder Ferqyusona gedəcək, qətli araşdıran müstəntiqlərlə görüşəcək.

Həmin gün prokurorlar Brown-u öldürmüş polis zabiti əleyhinə sübutları təqdim edəcəklər, məhkəmə ona qarşı ittihamların sürülüb-sürülməyəcəyini müəyyənləşdirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG