Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:55

Qəzzada müharibə yenidən başlayıb


Palestine - Firefighters try to extinguish a fire that witnesses say was caused by an Israeli air strike in Gaza City, August 10, 2014
Palestine - Firefighters try to extinguish a fire that witnesses say was caused by an Israeli air strike in Gaza City, August 10, 2014

Qəzza zolağında İsrail və Fələstin yaraqlıları arasında müvəqqəti atəşkəs bitib. İsrail bildirir ki, avqustun 19-da Qəzzadan 50 raket atılıb, xəsarət alan olmayıb. Ordunun məlumatına görə, uzaqmənzilli raketlər Təl Əviv və Qüdsü hədəfə alıb.

İsrailin keçirdiyi reydlərdə isə 3 nəfər həlak olub. Onların içində Hamasın hərbi komandiri Mohammed Deif-in arvadı və uşağı var.

Qahirədə uzunmüddətli atəşkəs üzrə danışıqlarda razılığa gəlinməyib. İsrail deyib ki, raket atəşi “danışıqların davam etdirilməsini mümkünsüz edib”.

Fələstin danışıqlarda təmsilçisi isə İsraili razılaşmanın əldə olunmamasına görə ittiham edib.

Fələstin rəsmilərinin məlumatına görə, İsrail iyulun 8-də Qəzzaya hücumu başlayandan 2 mindən çox fələstinli və 66 israilli həlak olub.

XS
SM
MD
LG