Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:37

İslam Dövləti Amerikanın hava hücumlarına jurnalistin edam videosu ilə cavab verir


James Foley
James Foley

-

İslam Dövləti (İD) yaraqlıları ABŞ jurnalistinin öldürüldüyünü göstərən video yayıb. James Foley 2012-ci ilin noyabrında Suriyada naməlum silahlılar tərəfindən oğurlanıb. «Amerikaya Mesaj» adlı video avqustun 19-da sosial media saytlarında yerləşdirilib. Onun həqiqiliyini dəqiqləşdirmək hələlik mümkün olmayıb.

Videonun həqiqiliyini təsdiqləmək hələlik mümkün olmayıb. Ancaq Foley-in ailəsi facebook-da yazıb:

«Oğlumuz Jimlə bundan artıq fəxr etdiyimiz olmamışdı. O, həyatını Suriya xalqının iztirablarını dünyaya yaymağa həsr edib».

Ağ Ev bildirib ki, ABŞ kəşfiyyatı videonu tədqiq edir.

Beş dəqiqəlik videoda qrup bildirir ki, Foley, ABŞ prezidenti Barack Obama İraqın şimalında İD mövqelərinə hava zərbələrinə göstəriş verəndən sonra qətlə yetirilib.

İslam Dövləti xilafət idarəçiliyi qurmaq istəyir, İraq və Suriyada böyük əraziləri ələ keçirib. Qrupun son vaxtlar İraqın şimalında irəliləməsi ABŞ-ı 2011-ci ildən bəri ilk dəfə olaraq hava zərbələri endirməyə sövq edib.

XS
SM
MD
LG