Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:17

Hökumət manatın kursuna müdaxiləni düzgün saymır


İqtisadi İnkişaf Nazirliyi manatın dollara görə möhkəmlənməsinin sürətini azaltmaqda maraqlıdır. Amma, manatın kursunun möhkəmlənməsi inflyasiya əleyhinə tədbirlərdən biri olduğundan, hökumət kursa müdaxilə etməyi düzgün saymır. İqtisadi İnkişaf naziri Heydər Babayev belə deyib. Onun sözlərinə görə, ölkəyə külli miqdarda valyuta axını olduğundan manatın möhkəmlənməsini təbii qarşılamaq lazımdır. Amma, möhkəmlənmə templərini bir qədər zəiflətmək də daha məqsədəuyğun sayılır. Nazirin sözlərinə görə, hökumət yeni il üçün dolar kursunun 85 yeni Azərbaycan qəpiyi, təxminən 4293 köhnə manat həcmində proqnozlaşdırır.


Sentyabrın 26-da isə Milli Bankda - bir Amerika doları 87 yeni qəpik, 1 avro 1 yeni manat 11 qəpik, bir rus rublu isə 3 qəpik olub.


Köhnə pulla 1 dollar 4382, bir avro 5588, bir rus rublu isə 164 köhnə manat olub.


XS
SM
MD
LG