Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:39

Dağlıq Qarabağ liderinin sözçüsü deyir ki, yezidi kürdlərə sığınacaq verməyə hazırdırlar


Dağlıq Qarabağ “prezidentinin” sözçüsü David Babayan “Qala TV”-yə deyib ki, hazırda Dağlıq Qarabağda İraqdakı yezidiləri dəvət etməyə imkan verən proqram yoxdur, bununla belə, Qarabağda yezidiləri qəbul etməyə və sığınacaq verməyə hazırdırlar.

Bunu Azadlıq Radiosunun erməni xidməti aysor.am saytına istinadla xəbər verir və yazır ki, yarım milyon yezidi kürd hazırda qaçqındır və müxtəlif ölkələrdə sığınacaq axtarır. İraqda islam dövləti yaraqlılarından qaçıb Sincar dağında gizlənən yezidi kürdlər isə on minlərlədir.

Yezidi kürdlər əsasən İraqın şimalında, Ermənistanda, Gürcüstanda və bir sıra Avropa ölkələrində yaşayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG