Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:42

Çində Qüdrətli Allah Kilsəsinin 1000 üzvü saxlanıb


Çində qadağan olunmuş dini qrupun 1000-ə qədər üzvü saxlanıb.

Avqustun 19-da bu məlumatı Çin mediası verib.

Sinxua agentliyi İctimai Təhlükəsizlik Nazirliyinin bəyanatını verir ki, tutulanlar arasında həmin dini qrupun 100 yüksək səviyyəli təşkilatçısı və əsas üzvü də var.

Həmin dini qrup isə Quannengshendir. Bunun digər adı Qüdrətli Allah Kilsəsidir.

Çin iyun ayında restoranda bir qadının qətlindən sonra bu kilsənin onlarla üzvünü həbs edib.

Onların məhkəməsi avqustun 21-də başlanacaq.

Çində bu kilsəyə qarşı təqiblər 2012-ci ildə başlanıb. O vaxt bu kilsə “qızıl əjdaha” ilə həlledici döyüşə çağırmışdı. “Qızıl əjdaha” deyəndə Çin Kommunist partiyası nəzərdə tutulurdu.

Kilsə həmçinin bildirirdi ki, 2012-ci ildə dünyanın sonudur.

Günün bütün mövzuları

XS
SM
MD
LG