Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:15

Müdafiə nazirlərinin səfəri bitdi


Naxçıvanda bir araya gələn Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri avqustun 19-da tarixi yerlərə, bir hərbi hissəyə baş çəkiblər.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

«Naxçıvan qalasını, Nuh Peyğəmbərin məzarını, Duz mağarasını, Möminə Xatun türbəsini, Xan Sarayını, Xalça Muzeyini ziyarət ediblər. Sonra hər üç ölkənin müdafiə nazirləri Əlahiddə Ümumqoşun Ordusunun N saylı hərbi hissəsinə gedərək şəxsi heyət üçün yaradılmış şəraitlə tanış olublar».

Bununla da Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Azərbaycana səfəri başa çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG