Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:16

ABŞ alimləri temperaturdan asılı olaraq naxışını dəyişən kamufulyaj materialı düzəldiblər


ABŞ alimləri oktopusları öyrənərək yeni kamufulyaj materialı hazırlayıblar. Bu material temperaturdan asılı olaraq naxışını dəyişir və ətraf mühitə uyğunlaşır.

Materialın naxışını dəyişməsi kənar müdaxilə olmadan baş verir. Hələlik material yalnız ağ və qara rənglərlə reaksiya verir. Ancaq gələcəkdə rəngini dəyişən material düzələcək.

Layihənin rəhbəri , İllinoys universitetinin professor John Rogers deyib ki, yeni materialın həm hərbi, həm də kommersya tətbiqi var.

Günün bütün mövzuları

XS
SM
MD
LG