Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:59

Kiyev: "Döyüşlər Luhansk daxilində gedir"


Ukrayna ordusu separatçılardan aldığı mövqelərdə güclənir
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

Ukrayna ordusu separatçılardan aldığı mövqelərdə güclənir

Ukrayna bildirir ki, ordunun rusiyapərəst yaraqlılarla döyüşü artıq Luhansk şəhərinin daxilində gedir. Donetsk şəhərinin də mühasirəsinin daraldığı və şəhər ətrafında daha bir şəhərciyin yaraqlılardan təmizləndiyi də bəyan olunur.

Luhanskı tərk edərkən raket atəşi nəticəsində həlak olan 15 mülki şəxsin meyitini yığmaq mümkün olmayıb, çünki həmin ərazidə döyüşlər gedir. Kiyev əmin edir ki, dinc sakinlərdən ibarət maşın karvanı separatçılar tərəfindən raket atəşinə məruz qalıb.

Separtaçılar qaçqınlara atəş açılması iddilarını rədd edir, xəbəri Ukrayna tərəfinin təbliğatı olduğunu bildirirlər.

Rusiyadan Donbass vilayətinə göndərilən 300 maşın humanitar yardımı hələ də Rusiya-Ukrayna sərhəddində gözləyir. Rusiyanın xarici işlər naziri Lavrov deyib ki, o və Qızıl Xaç təşkilatının prezidenti Rusiyanın humanitar yardımının statusu ilə bağlı yaxın saatlarda fəal tədbirlər görmək razılığına gəliblər.

XS
SM
MD
LG