Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:12

Rəsul Cəfərova müxtəlif ölkələrdən hədiyyələr gəlməkdədir


Rəsul Cəfər

Rəsul Cəfər

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərova ad günü ilə bağlı müxtəlif ölkələrdən kitab, gül, açıqca və suvenir hədiyyələri göndərilib.

Bu barədə AzadlıqRadiosuna Rəsul Cəfərovun qardaşı Sənan Cəfərov məlumat verib.

«Bugün (19 avqust) getdim təcridxanadan ona Hollandiyadan göndərilən dibçək gülünü götürdüm. Onu göndərənlər elə hesab ediblər ki, Rəsul dibçəkdə olan həmin gülləri öz otağında saxlayacaq. Bundan başqa Polşadan, Böyük Britaniyadan ona çoxlu kitablar göndəriblər. Çexiyadan da Praqa mənzərəsi olan suvenir gəlib. Belarusdan bir, Azərbaycandan iki nəfər açıqca göndərilib. Bir çox ölkələrdən də bizə zəng edib hədiyyələr göndərdiklərini deyiblər. Yəqin ki, həmin hədiyyələr hələ yoldadır».

Sənan Cəfərovun dediyinə görə, qardaşı həbs ediləndən sonra bir neçə dəfə təcridxanaya getsələr də onlara görüş verilməyib.

«Bizə deyildi ki, görüş üçün işi aparan müstəntiqin adına və bir də Kürdəxanı təcridxanasının rəisinin adına məktub yazmalıyıq. Anam ailəmiz adından belə bir məktubu yazıb, indi gözləyirik. Mən Rəsulu sonuncu dəfə avqustun 2-də həbs olunub Nəsimi məhkəməsinə aparılanda maşında görmüşəm».

Rəsul Cəfərov avqustun 2-də saxlanılıb. Ona vergidən yayınma, sələhiyyət həddini aşma və qanunsuz sahibkarlıq ittihamı irəli sürülüb və elə həmin gün Nəsimi rayon məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan qərarı çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG