Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:02

-

Azərbaycan ilk dəfə Makedoniyanın Struqa şəhərində keçirilən «Lake Pearls» (Ezerskie Biseri) musiqi festivalında təmsil olunub.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, mərasimə İsrail, Almaniya, Bolqarıstan, Rusiya, Ukrayna, Malta, İspaniya, İtaliya və digər dövlətlər daxil olmaqla 27 ölkədən 400-ə yaxın təmsilçi qatılıb.

Tədbirdə Azərbaycanı 7 yaşlı Selcan Museyibova təmsil edib.

10 gün davam edən festival günlərində Selcan 2 dəfə səhnəyə çıxıb və kiçikyaşlı iştirakçılar arasında «Ən yaxşı səs» nominasiyasına layiq görülüb.

Münsiflər heyətinin tərkibində Azərbaycanı «Addım Gənclər Təşkilatı»nın sədri, prodüser Hüseyn Cavadzadə təmsil edib.

Selcan Museyibova ötən il Azərbaycanı Bolqarıstanda keçirilən «Golden Sparkles» festivalında təmsil edərək iki nominasiyada qalib olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG