Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:35

3 müdafiə naziri Naxçıvanda görüşüb


Avqustun 19-da Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri görüşüblər.

Azərbaycan Müdafiə nazirliyinin yaydığı məlumata görə, görüş Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında baş tutub.

Regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparan nazirlər, hər dəfə bir ölkədə olmaqla, 6 aydan bir eyni formatda görüş keçirəcəkləri ilə bağlı qərar qəbul ediblər.

Görüşdən sonra Azərbaycanın müdafiə naziri Zakir Həsənov müzakirələr barədə jurnalistlərə məlumat verib:

«3 ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, birgə seminar və konfransların təşkil edilməsi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin keçirilməsi üçün üç ölkə mütəxəssislərinin ekspert görüşlərinin təşkil edilməsi məqsədəuyğun hesab olundu», deyə nazir bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG