Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:10

Müharibə sərfəli deyilsə, bəs onda müharibə niyə olur? Almaniya kəşfiyyatı Türkiyəni niyə güdür? Rusiyada zərfdə maaş alanlar artır.

Dünya mediası bu gün nədən yazır?

New York Times qəzeti soruşur ki, “biz niyə müharibə edirik?” 100 il qabaq birinci dünya müharibəsi olanda hamı fikirləşirdi ki, bu müharibə ilə bütün müharibələrə son qoyulacaq. Ancaq o vaxtdan müharibələr davam edir. Ona görə sual yaranır ki, müharibə niyə olur?

Qəzet yazır ki, ta qədim vaxtlardan müharibələr mənfəət və resurslar uğrundadır. Romalılar Asiyaya hücum edəndə və ya ispanlar Amerikaya gələndə bütün dava qızıl və gümüşün üstündə idi. Oxford iqtisadçısı Paul Collier Dünya Bankının sponsorluğu ilə xüsusi araşdırma aparıb. O göstərib ki, bütün kasıb ölkələrdə vətəndaş müharibəsinin səbəbi qarət oluna bilən təbii ehtiytaların, məsələn, almazın, əl çatan olmasıdır.

Müasir müharibələr çox bahalıdır. İraq müharibəsi 1 trilyon dollara başa gəlib. Bu, İraqın Ümumi Daxili Məhsulundan dəfələrlə çoxdur.

Bəs müharibə niyə baş verir? Bir cavab odur ki, müasir liderlər düzgün hesablaya bilmirlər. Bunun da səbəbi odur ki, müharibənin nə vaxt başa çatacağını demək olmur. Vaxtilə Bush hökuməti İraqda Səddam Huseinin devrilməsinə və yeni hökumətin qurulmasına cəmi 50 milyard dollar, ən çoxu 60 milyard dollar gedəcəyini deyirdi.

Müharibənin başqa səbəbi liderlərin müharibədən siyasi mənfəət götürməsidir. Bu yaxınlarda Harvard Business Review-da Justin Fox yazırdı ki, Ukrayna-Rusiya davasının kökləri ola bilsin ki, Rusiya iqtisadiyyatının inkişaf sürətinin azalmasındadır. Putinin hakimiyyəti dövründə Rusiya iqtisadiyyatı sürətlə artıb. Ancaq indi bu sürət xeyli azalıb. Putin rejiminə münaqişə lazımdır.

1982-ci ildə Argentinanın Folklend adalarına hücumu da hakimiyyətdə olan hərbi xuntanın ictimai diqqəti iqtisadi problemlərdən yayındırmaq məqsədi daşıyırdı.

BND TÜRKİYƏNİ NİYƏ GÜDÜR?

Spigel jurnalı yazır ki, Almaniya ABŞ-ın Almaniyadakı casusluğundan şikayət edir, ancaq indi məlum olur ki, Almaniyanın özü Hillary Clinton və John Kerry-nin telefon danışıqlarına qulaq asıb. Jurnal yazır ki, ola bilsin ki, telefon danışıqları təsadüfən tutulub, ancaq Türkiyəni izləmək, güdmək bilərəkdən olub.

Jurnal yazır ki, Almaniyanın xarici kəşfiyyat xidməti BND Kerry-dən əvvəlki ABŞ Dövlət katibi Hillari Clintonun 2012-ci ildə Suriya böhranına görə BMT-nin keçmiş baş katibi Kofi Annanla danışığını tutub, Yaxın Şərqdə İsraillə Həmas arasında vasitəçilik edəndə isə John Kery-nin telefon danışığını tutub.

Nəyə görə deyilir ki, ola bilsin, bu, təsadüfi tutulub, çünki illərdir ki, BND peykdən gedən bütün telefon danışıqlarına qulaq asır.

Spigel jurnalı öyrənib ki, BND-nin diqqət mərkəzində olan yerlərdən biri isə Türkiyədir. NATO üzvü olan Türkiyənin izlənməsi Ankara ilə Berlin arasında gərginlik mənbəyi ola bilər.

Ancaq jurnal Almaniya hökumətində adı çəkilməyən mənbəyə istinadla yazır ki, Türkiyə Almaniyanın ABŞ, Fransa və ya Britaniya kimi tərəfdaşları ilə müqayisə oluna bilməz. Bundan başqa, Türkiyədə baş verən hər şey Almaniyanın daxili təhlükəsizliyi üçün dərhal çox vacib olur.

Almaniya Türkiiyədən sonra türklərin sayının çox olduğu ölkədir. Almaniyda 3 milyon türk əsilli var. BND –nin Türkiyə ilə bağlı təhlükəsizlik marağı PKK-nın fəaliyyətindən tutmuş Almaniyadakı solçu və sağçı türk qruplarına qədər geniş spektri əhatə edir. Buna insan alveri, narkotiklər haqda məlumatlar da daxildir. Hökumətdəki mənbə deyib ki, Türkiyə hökumətinin Almaniyadakı türk təşkilatları vasitəsilə Almaniyada siyasi məqsədlərə çatmaq cəhdləri də BND-nin maraq dairəsindədir.

ZƏRFDƏ MAAŞ ALANLAR ARTIR

İtar-Tass agentliyi ekspertlərə istinadla yazır ki, rusiyalıların 3-də 1-I kölgə iqtisadiyyatı ilə bağlıdır. Zərfdə maaş alanların, vergidən yayınanların, əmək müqaviləsi olmadan işləyənlərin iqtisadiyyatda payı artır.

Rusiyanın Milli İqtisadiyyat və İctimai İdarəçilik Prezident Akademiyası (RANEPA) nəzdindəki mərkəzin apardığı sorğuya görə keçən il rusiyalıların 11,9 faizi yalnız kölgə əmək bazarında işləyirdi. 30 milyon rusiyalı kölgə iqtisadiyyatı sxemlərindən istifadə edir.

Rusiyanın baş nazirinin müavini Olga Golodets Rusiya iqtisadiyyatının kölgə hissəsində 20 milyon adamın işlədiyini ehtimal edir.

Rəy sorğusunda iştirak edənlərin 36 faizi deyib ki, əsas gəlirdən başqa onların daimi olmayan “boz” gəlir yerləri də var.

Zərfdə maaş almaq hətta rəsmi yerlərdə də kifayət qədər geniş yayılıb. Zərfdə maaş alanların iqtisadiyyatda payı 2006-cı ildən bəri 4,4 faiz artıb.”Boz” ödənişlərin payı 5,6 faiz artıb.

Kölgə xidmətlərindən istifadə edənlərin payı isə daha böyükdür. 2013-cü ilin təkcə bir ayında qeyri-rəsmi təklif olunan xidmətlərdən rusiyalıların 52 faizi istifadə edib. Orta Rusiya ailəsi qeyri-rəsmi xidmətlərə ayda 90 dollar verir.

Rəy sorğusuna görə, Rusiya cəmiyyətinin kölgə iqtisadiyyatına münasibəti tolerantdır. 10,5 faiz hesab edir ki, kölgə iqtisadiyyatı faydalıdır. 2001-ci ildə belə düşünənlər 2,1 faiz idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG